<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>440</hymn_number>
<lyrics>[V1]
 Gözləyirik, ya Rəbb, Səni, ey, dünyanın Xilaskarı,
 Eşidirik Sən deyəni, gedirik biz Sənə sarı.

[C1]
   İstəyimiz budur bu gün hər zaman Səninlə olaq,
   Hər an qarşımızda görün, hər gün bizə Sən ol dayaq.

[V2]
 Ruhunla qüvvət ver bizə, Sözün qalsın qəlbimizdə,
 Lütf göndər hər birimizə, həmd oxuyaq Rəbbimizə.

[C2]
   İmanda qoy güclü olaq, işıq saçaq bu cahana,
   Rəbbin Müjdəsini yayaq, alqış Müqəddəs Ruhuna!</lyrics>
<title>Gözləyirik, ya Rəbb, Səni, ey, dünyanın Xilaskarı İL440</title>
</song>